https://525.az/img/pics/medium/2022-12/250611_vlm8p6h6sg.jpg Sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə təhsili imkanları
https://525.az/img/pics/medium/2026-06/394940_hcadvmixgn.jpg Meduzanın saçları
https://525.az/img/pics/medium/2026-06/394791_cevw20zuig.jpg Onlayn kreditləri artıran səbəblər
https://525.az/img/pics/medium/2026-06/394959_3iobu6jdcd.jpg "Pyero və Arlekin" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
20 İyun 2026
19 İyun 2026

Ronaldinyo karyerasını bərpa edir

Ronaldinyo karyerasını bərpa edir

Braziliya millisinin sabiq üzvü Ronaldinyo peşəkar futbola qayıtmağa hazırlaşır.

525.az xəbər verir ki, bu barədə "Sky Sport İtalia" məlumat yayıb.

46 yaşlı əfsanəvi futbolçu İtaliya C Seriyasında çıxış edən "Ravenna" ilə müqavilə imzalayacaq. Ronaldinyonun təqdimat mərasiminin iyunun 23-də Mayamidə keçiriləcəyi bildirilir.

Qeyd olunur ki, braziliyalının komandada müntəzəm oynaması gözlənilmir. Onun yalnız qısa müddətlərdə meydana çıxacağı ehtimal edilir. Buna baxmayaraq, transfer klub üçün böyük media uğuru kimi qiymətləndirilir.

Xatırladaq ki, Ronaldinyo karyerasını 2018-ci ilin yanvarında başa vurduğunu açıqlamışdı. Onun son rəsmi oyunu isə 2015-ci ildə keçirilmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.