https://525.az/img/pics/medium/2026-06/395131_eahos8j541.jpg "Modernləşmək" adı altında köklərdən qopmaq və ya ana dilində layla deməyən analar 
https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Yay tətili sindromu - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/395065_6jzcn0d058.jpg Numan Kurtulmuş Azərbaycana gəlir
https://525.az/img/pics/medium/2022-12/250611_vlm8p6h6sg.jpg Sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə təhsili imkanları
search
22 İyun 2026

Millimizin gələcək hədəfləri müzakirə olundu

Millimizin gələcək hədəfləri müzakirə olundu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.

525.az AFFA-ya istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilən görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib. Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.

Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib. O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. Fərid Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.

Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.

Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.

Səmimi və məhsuldar şəraitdə keçən görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.