https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Yay tətili sindromu - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/395065_6jzcn0d058.jpg Numan Kurtulmuş Azərbaycana gəlir
https://525.az/img/pics/medium/2022-12/250611_vlm8p6h6sg.jpg Sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə təhsili imkanları
https://525.az/img/pics/medium/2026-06/394940_hcadvmixgn.jpg Meduzanın saçları
search
22 İyun 2026
21 İyun 2026

Azərbaycanlı alpinistlər İtaliyanın Dolomit dağlarında Monte Paterno zirvəsinə qalxıblar

Azərbaycanlı alpinistlər İtaliyanın Dolomit dağlarında Monte Paterno zirvəsinə qalxıblar

Azərbaycan Alpinizm Federasiyasının üzvləri Fidan Məmmədova və Sima Səfərova 18–19 iyunda İtaliyanın şimalında yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dolomit dağlarında növbəti uğurlu dağçılıq fəaliyyətini həyata keçiriblər.

525.az-a Federasiyadan verilən məlumata görə, onlar Tre Cime di Lavaredo (Tre Çime di Lavaredo – "Lavaredonun üç zirvəsi") massivində yerləşən, 2744 metr hündürlüyə malik Monte Paterno zirvəsinə məşhur De Luca–Innerkofler Via Ferrata marşrutu üzrə yüksəliblər.

Texniki xüsusiyyətləri, qayalıq keçidləri, ekspozisiyalı hissələri və Birinci Dünya müharibəsi dövründən qalmış tarixi tunelləri ilə seçilən bu marşrut Dolomitlərin ən maraqlı və populyar via ferrata marşrutlarından biridir. Via ferrata sığorta trosları, metal pilləkənlər və dayaqlarla təchiz edilmiş qayalıq dağ marşrutlarına verilən addır.

Yüksəliş zamanı iştirakçılar mürəkkəb dağ relyefi, sıldırım qayalıqlar və yüksək dağ şəraitinin yaratdığı çətinlikləri uğurla dəf edərək zirvəyə çatıblar. Zirvədən Tre Cime di Lavaredo, Cadini di Misurina və ətraf Dolomit silsilələrinin möhtəşəm mənzərələri müşahidə olunub.

Səfər çərçivəsində federasiya üzvləri regionun dağçılıq infrastrukturu, via ferrata sistemləri və təhlükəsizlik yanaşmaları ilə də yaxından tanış olublar. Bu fəaliyyət Azərbaycan alpinizm və dağçılıq idmanının beynəlxalq dağ regionlarında təmsil olunmasına, həmçinin federasiya üzvlərinin texniki hazırlığının və dağ təcrübəsinerinin artırılmasına mühüm töhfə verir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.