
Pakistanın Sind əyalətinin Kəraçi şəhərində idarəetmədən çıxan avtomobil məscidə çırpılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə böyük çaxnaşma yaradan hadisə 2 nəfərin ölümü, 30 nəfərin isə yaralanması ilə nəticələnib.
Qəzadan sonra araşdırma başlayıb, sürücü nəzarətə götürülüb, avtomobil isə müsadirə edilib.
Hadisə ilə bağlı istintaq davam edir.
İbrahim Cəfərov



