
Qətərdə qaz emalı zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Saad bin əl-Kaabi bildirib.
O, partlayışda 13 nəfərin öldüyünü, 66 nəfərin isə yaralandığını açıqlayıb.
Qətər televiziyasına danışan nazir əl-Kaabi ölənlərin Hindistan və Pakistan vətəndaşları olduğunu bildirib. O, partlayışın texniki nasazlıqla bağlı olduğunu vurğulayıb. Nazir əlavə edib ki, hazırda yaralıların xəstəxanalarda müalicəsi davam etdirilir.
İbrahim Cəfərov



