
"2023-2025-ci illərdə yeni və hibrid avtomobillərə olan yüksək tələbat bazarın müəyyən dərəcədə doyma mərhələsinə keçməsi ilə nəticələnib. Bu səbəbdən, əvvəlki illərdə müşahidə olunan yüksək idxal tempinin eyni sürətlə davam etməsi onsuz da gözlənilən deyildi”.
Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a bildirib.
Ekspert qeyd edib ki, idxalın azalmasına təsir göstərən digər mühüm amil isə əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Son dövrlərdə avtomobil qiymətlərində, kredit faizlərində, eləcə də sığorta və istismar xərclərində artım müşahidə olunur: “Bu isə vətəndaşları daha ehtiyatlı qərar verməyə, yeni avtomobil alışını təxirə salmağa və ya daha münasib qiymətli alternativlərə üstünlük verməyə vadar edir. Paralel olaraq, bazarda ikinci əl avtomobillərə marağın artması da geriləmənin əsas səbəblərindən biridir. Yeni avtomobillərin bahalaşması fonunda bir çox alıcı daha sərfəli seçim kimi işlənmiş nəqliyyat vasitələrinə yönəlir"".
Sevinc Qarayeva



