
Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün anadan olmasının 129-cu ildönümünə həsr olunan konsert proqramı təşkil edilib.
525.az-a Muzeydən bildirilib ki, tədbirdə Bülbülün ifasında "Koroğlunun ariyası" videoçarxı təqdim olunub.
Tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz xidmətlərindən bəhs edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Bülbülün yaradıcılığının Azərbaycan musiqi sənətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri, Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələri, AMK-nın nəzdində İncəsənət Gimnaziyasının şagirdləri, gənc ifaçılar Bülbülün repertuarından əsərlərlə çıxış ediblər.




