https://525.az/img/pics/medium/2026-06/395226_5b2ehwwztz.jpg Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
https://525.az/img/pics/medium/2026-06/395216_l2x21vx40i.jpg Həzin nəğmələrin və zərif duyğuların şairi - Nigar Rəfibəyli
https://525.az/img/pics/medium/2026-06/395131_eahos8j541.jpg "Modernləşmək" adı altında köklərdən qopmaq və ya ana dilində layla deməyən analar 
https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Yay tətili sindromu - Əbülfəz Süleymanlı yazır
search
23 İyun 2026
22 İyun 2026

“Araz-Naxçıvan” “Real”ın yetirməsini transfer etdi

“Araz-Naxçıvan” “Real”ın yetirməsini transfer etdi

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir.

26 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib.

A.Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.