
“Rusiya Ukrayna tərəfi ilə danışıqları istənilən vaxt, dayandığı yerdən bərpa etməyə hazırdır”.
525.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı səfirlərin iştirakı ilə keçirilən dəyirmi masada bildirib.
"Ötən ilin yayında keçirilən son görüş belə başa çatdı ki, Ukrayna tərəfi danışıqlar qruplarının aşağı səviyyədə təmsil olunmasından və danışıqların əsasən humanitar məsələlərə həsr edilməsindən narazılığını ifadə etdi. Bu narahatlıqlara cavab olaraq, nümayəndə heyətimiz Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə danışıqlarda iştirak edən nümayəndələrin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsini təklif etdi.
Ukrayna nümayəndələrinin şikayət etdiyi məsələ aradan qaldırılıb. Lakin onlar sadəcə olaraq əlaqəni kəsdilər və payızda dedilər ki, “Xeyr, biz bu danışıqları dayandırırıq”. Biz isə danışıqları istənilən vaxt, dayandırıldığı nöqtədən bərpa etməyə hazırıq", –Lavrov deyib.
Pərvanə Sultanova



