
Özbəkistan prezidenti Şavkat Mirziyoyev 8-9 iyul tarixlərində Belarusa səfər edəcək.
525.az xəbər verir ki, bunu Belarusun Baş naziri Aleksandr Turçin deyib.
O bildirib ki, Özbəkistana son işgüzar səfəri zamanı uğurla və dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlər, eləcə də prezident Mirziyoyevin Belarusa səfəri müzakirə olunub.
“Özbəkistan prezidenti Şavkat Mirziyoyevin 8-9 iyul tarixlərində Minskə səfər edəcəyi təsdiqlənib. Biz onu qarşılamağı səbirsizliklə gözləyirik", - hökumət rəhbəri deyib.
Əlavə edib ki, bu səfər iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.
Pərvanə Sultanova



