
Qlobal fond bazarlarında son ticarət sessiyası əsasən mənfi dinamika ilə yadda qalıb.
525.az xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 45,87 bənd və ya 0,09% azalaraq 51 666,84 bəndə düşüb. S&P 500 indeksi 1,44% geriləyərək 7 365,46 bənd, Nasdaq Composite isə 2,21% azalaraq 25 587,04 bənd təşkil edib. NYSE Composite indeksi 0,56%, Kanadanın S&P/TSX Composite indeksi isə 0,21% enib.
Avropa, Yaxın Şərq və Afrika regionunda da mənfi dinamika üstünlük təşkil edib. Euro Stoxx 50 indeksi 1,28%, Böyük Britaniyanın FTSE 100 indeksi 0,09%, Almaniyanın DAX indeksi 0,98%, Fransanın CAC 40 indeksi 0,71%, İspaniyanın IBEX 35 indeksi isə 0,34% azalıb.



