
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün əməyin mühafizəsinə dair təlim təşkil olunub.
Bu barədə 525.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirilən və “Əməyin mühafizəsi sahəsində qanunvericilik və normativ tələblər”, eləcə də “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları” mövzularını əhatə edən təlimdə komitənin 40-dan çox əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və insan sağlamlığı baxımından əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı işçilərin hüquq və vəzifələri, həmçinin tətbiq olunan standartlar barədə ətraflı məlumat verilib. Daha sonra tədbir müzakirə formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlər iş yerlərində əməyin mühafizəsi sahəsində məlumatlılığın artırılmasına, profilaktik tədbirlərin gücləndirilməsinə, əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasına və istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına xidmət edir



