
"İqtisadiyyatları inkişaf etmiş ölkələri tədqiq edərkən teorem deyil, bir aksioma ilə qarşılaşırıq. Kənd təsərrüfatı sahəsi və ümumiyyətlə qeyri-neft-qaz və resurs sahələri istisna olmaqla istənilən digər hər hansı sahə üzrə ixracın genişlənməsi, inkişafı üçün müxtəlif güzəşt, subsidiya və proqramların həyata keçirilmədiyi bir ölkə tapmaq mümkün deyildir".
Bunu iqtisadçı ekspert Elman Sadıqov 525.az-a bildirib. Ekspertin sözlərinə görə, istinadsız olaraq bütün inkişaf etmiş ölkələr öz iqtisadi inkişaflarına görə vaxtilə dövlət tərəfindən yaradılan şərait, tətbiq olunmuş güzəşt, dəstək, subsidiya mexanizmlərinə borculudurlar: "Ən liberal iqtisadiyyatlarda dövlətin özəl sektora dəstəyi çox yüksək olmuşdur! Bu baxımdan "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər" haqqında Prezidentinin müvafiq fərman çox təqdirəlayiqdir və digər güzəşt mexanizmlərinin də olacağı əlbəttə həm labüd, həm gözləniləndir".
Sevinc Qarayeva



