
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.
Milli Məclisdən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində ŞKTC sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.



