
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qana ilə keçirilən oyunda (0:0) qəribə epizodla diqqət çəkib.
525.az xəbər verir ki, futbolçu qarşılaşma zamanı Qana millisinin hücumçusu Cordan Ayeu ilə danışarkən əlini ağzının qarşısına tutub. Yeni qaydalara əsasən, bu cür hərəkət səbəbindən oyunçu meydandan qovula bilər. Lakin Bellinqem həmin epizoda görə cəza almayıb.
Xatırladaq ki, bundan əvvəl Paraqvay millisinin futbolçusu Miguel Almiron Türkiyə ilə oyunda (1:0) oxşar hərəkət səbəbindən VAR baxışından sonra qırmızı vərəqə ilə cəzalandırılmışdı.



