
Fransa tarixində tempratur rekordu qeydə alınıb.
525.az xəbər verir ki, bu barədə Fransanın Meteorologiya agentliyi - Meteo-France məlumat yayıb.
Qeyd olunub ki, iyunun 22-dən 23-nə keçən gecə Fransa tarixinin ən isti gecəsi olub. Həmin vaxt orta temperatur 21,6 dərəcə selsiyə çatıb.
Açıqlamada bir çox əyalətdə həyəcan səviyyəsinin narıncı və qırmızıya yüksəldiyi, həddindən artıq istilərin iyunun 25-nə qədər davam edəcəyi qeyd olunub.
Bəyanatda orta temperaturun gün ərzində 29,8 dərəcəyə çatdığı vurğulanıb ki, bu da Fransa tarixinə ən isti gün kimi düşüb.
Fransanın milli təhsil naziri Eduard Geffray qeyd edib ki, ölkə üzrə təxminən 1800 məktəb həddindən artıq istilər səbəbindən dərsləri dayandırıb, 8000 məktəb isə dərs saatlarını dəyişib.
Məşhur turizm məkanı və Parisin simvolu olan Eyfel qülləsi də dünən güclü isti səbəbindən qapılarını ziyarətçilərin üzünə bağlayıb.
İbrahim Cəfərov



