
Nigeriyada silahlı dəstə üzvləri Kaduna əyalətinin Birni Qvari bölgəsində tarlada işləyən fermerlərə hücum edib.
525.az Nigeriya mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 9 fermer həlak olub, çoxlu sayda insan yaralanıb.
Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISVAP kimi terror təşkilatlarının hücumları ilə mübarizə aparır.
İbrahim Cəfərov



