|
|
|
|

“İran hakimiyyəti yalnız sanksiyalar tamamilə aradan qaldırıldıqdan və ABŞ-ın memorandum çərçivəsində öhdəliklərini yerinə yetirdikdən sonra MAQATE müfəttişlərinin müharibə zamanı zədələnmiş nüvə obyektlərinə girişini müzakirə edə bilər”.
525.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi “X” hesabında yazıb.
O bildirib ki, hücuma məruz qalan ərazilərə və ya nüvə materiallarına girişi təmin etmək planı yoxdur.
“Bu məsələlər yalnız yekun razılaşma çərçivəsində və yalnız qarşı tərəf bütün sanksiyaları tamamilə ləğv etmək və digər öhdəlikləri yerinə yetirmək üçün praktik addımlar atdıqdan sonra nəzərdən keçiriləcək və həll ediləcək", - XİN rəsmisi əlavə edib.
Pərvanə Sultanova



