
“Rusiya Ukrayna böhranının həlli üçün müvəqqəti və ya aralıq həll yolları ilə razılaşmaq niyyətində deyil”.
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu məsələ Moskva üçün prinsipial əhəmiyyət daşıyır:
“Rusiya üçün bu məsələ prinsipial əhəmiyyət kəsb edir və biz, şübhəsiz ki, müvəqqəti, aralıq həll yollarına vaxt itirməyəcəyik, başqasının diktə etdiyi ultimatumları qəbul etməyəcəyik", - Lavrov bildirib.
Münaqişənin həlli perspektivlərindən danışan XİN başçısı, təşəbbüsün hazırda Rusiyanın tərəfində olmadığını vurğulayıb.
"Top bu gün bizim meydanda deyil, baxmayaraq ki, onu getdikcə daha çox ofsayd vəziyyətindən bizim tərəfə ötürməyə çalışırlar. Bu, işə yaramayacaq", - Lavrov deyib.
Pərvanə Sultanova



