https://525.az/img/pics/medium/2026-06/395378_4yo2f4g2ak.jpg Milli Məclis və TBMM sədrləri görüşüb - YENİLƏNİB
https://525.az/img/pics/medium/2026-06/395366_7xbti4135c.jpg Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
https://525.az/img/pics/medium/2026-06/395256_v8w40wakl1.jpg Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
search
24 İyun 2026

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Milli Paralimpiya Komitəsində (MPK) Tunis Qran-prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub.

525.az MPK-ya istinadən xəbər verir ki, tədbirdə turnirin gümüş və bürünc medalçıları - Oloxan Musayev, Samir Nəbiyev, Rüfət Rəfiyev və Elvin Astanov, həmçinin yığmanın baş məşqçisi Oleq Panyutin iştirak ediblər.

Görüş zamanı Tunis Qran-prisində nümayiş etdirilən çıxışlar barədə danışılıb, idmançıların yarışla bağlı təəssüratları dinlənilib.

Eyni zamanda, qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

MPK-nın baş katibi Toğrul Rəhimov paraatletləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların gələcəkdə də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə qurumun prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və komitənin digər nümayəndələri də iştirak ediblər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.