
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
525.az-a bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Qeyd edilib ki, bundan əvvəl iyunun 12-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 19-da isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyun ayı üzrə pensiyaları ödənilib.



