https://525.az/img/pics/medium/2026-06/395378_4yo2f4g2ak.jpg Milli Məclis və TBMM sədrləri görüşüb - YENİLƏNİB
https://525.az/img/pics/medium/2026-06/395366_7xbti4135c.jpg Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
https://525.az/img/pics/medium/2026-06/395256_v8w40wakl1.jpg Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
search
25 İyun 2026
24 İyun 2026

Montella azarkeşlərə müraciət etdi

Montella azarkeşlərə müraciət etdi

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda ABŞ-la keçiriləcək oyundan əvvəl mətbuat konfransında azarkeşlərə müraciət edib.

525.az xəbər verir ki, Türkiyə yığması ilk 2 görüşdə uduzduğu üçün pley-off şansını itirib və qarşıdakı matçın nəticəsindən asılı olmayaraq, D qrupunu 4-cü pillədə başa vuracaq. Bu da azarkeşlərin tənqidinə səbəb olub.

İtaliyalı mütəxəsss isə yığmanın fanatlarını futbolçulara hörmət etməyə və komandayaa dəstək olmağa çağırıb: 

"Görürük ki, futbolçularımız çox sərt tənqid edilirlər və bu da onlara təsir göstərir. Psixoloji məqamlara diqqət yetirməliyik. Bu günə qədər komandamızın oyununa baxsaq, düşünürəm ki, futbolçularımız daha çox hörmətə və sevgiyə layiqdirlər.Səmimi desəm, bu iki oyunun statistikasına baxdıqda başqa mənzərə görürük. Əlimizdən gələni etdik, amma təəssüf ki, istədiyimiz nəticələri qazanmadıq. Kmandaya gəldiyim vaxtdan bəri nümayiş etdirmək istədiyimiz futbol baxımından ən yaxşı statistik göstəricilərə nail olmuşuq".

Montella azarkeş dəstəyinin vacibliyini də vurğulayıb: "Biz həmişə azarkeşlərimizin dəstəyini gözləyəcəyik. ABŞ-la oyun bizim üçün hər vəziyyətdə önəmlidir. Futbolçular bu qədər sərt və ədalətsiz tənqidlərlə üzləşdikləri vaxt bir qədər daha çox dəstəyə ehtiyacları olur. Son illərdə onlar böyük uğurlara imza atıblar. Biz bu yolu futbolçularımızın sayəsində keçmişik. Buna görə də azarkeşlərimizdən futbolçularımıza hər şəraitdə dəstək vermələrini xahiş edirəm".

Qeyd edək ki, iyunun 26-da keçiriləcək ABŞ - Türkiyə matçı Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.