|
|
|
|

İtaliyada təxminən bir həftədir davam edən dəhşətli istilər səbəbindən beş nəfər həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Orazio Şillaçi bildirib. O qeyd edib ki, nazirlik yaşlıları, uşaqları və həssas qrupları qorumaq üçün tədbirlər görür. Şillaçinin sözlərinə görə, həftə sonu havanın tempraturu daha da artaraq 41 dərəcə selsiyə çatacaq. “Qırmızı həyəcan” altında olan şəhərlərin sayı 18-ə çatıb.
İstilik dalğası həmçinin elektrik kəsintilərinə və infrastruktur problemlərinə səbəb olub. Milanda yanğınsöndürənlər liftlərdə qalan insanlar üçün 60 xilasetmə əməliyyatı həyata keçiriblər. Florensiyadakı Uffizi Qalereyası kondisioner sistemindəki nasazlıq səbəbindən bilet satışlarını müvəqqəti olaraq dayandırıb.
Kənd təsərrüfatı sektorunda həddindən artıq istilər və su çatışmazlığı səbəbindən 1,5 milyard avro itki riski olduğu açıqlanıb.
İbrahim Cəfərov



