
Başqırdıstanda 2 minik avtomobilinin toqquşması faciə ilə nəticələnib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəqliyyat vasitələrində olan 7 nəfərin 5-i dünyasını dəyişib.
Hadisə Ufa-İnzer-Beloretsk yolunun 195-ci kilometrliyində baş verib. UAZ "Patriot"la "Lada Larqus" "kəllə kəlləyə" toqquşub. Ağır xəsarətlər alan 11 və 3 yaşlı uşaqlar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı cinayət işi qaldırılıb, qəzanın səbəbləri araşdırılır.
L.Tağıyeva



