|
|
|
|

Venesuelada iki ardıcıl güclü zəlzələ olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk yeraltı təkanlar 7.2 bal gücündə, 39 saniyə sonra baş verən zəlzələnin gücü isə 7.5 bal gücündə olub.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 32 nəfər ölüb, 700 nəfər yaralanıb.
Paytaxt Karakasda binalar uçub, beynəlxalq hava limanı bağlanıb və ölkənin bəzi əraziləri fəlakət zonaları elan edilib.

ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasına görə, yerli vaxtla saat 18:04-də qeydə alınan ilk zəzələnin episentri paytaxt Karakasdan təxminən 168 kilometr qərbdə yerləşən Morn şəhəri olub.
39 saniyə sonra Morn şəhərindən 16 kilometr cənub-qərbdə 7.5 bal gücündə daha bir zəlzələ baş verib.
İbrahim Cəfərov



