|
|
|
|

Yaponiyada 6.9 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Episentri İvate bölgəsinin sahilləri olan yeraltı təkanlar yerli vaxtla saat 07:30-da, 50 kilometr dərinlikdə qeydə alınıb.
İvate, Aomori, Miyagi və Hokkaydo bölgələrində, eləcə də paytaxt Tokio və ətrafında hiss olunan zəlzələ qısa müddətli panikaya səbəb olub.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.
İbrahim Cəfərov



