
Milli Kitabxanada “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
525.az-a Kitabxanadan bildirilib ki, sərgilərdə rəsmi sənədlər, ordu quruculuğu tarixi, Heydər Əliyev və Müstəqil Azərbaycanın ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi, "Dəmir yumruğ"un möhürü, tarixə adı qızıl hərflərlə yazılmış generallar, hərbi xadimlər, veteranlar, qazilər və vətən uğrunda şəhid olunmuş hərbçilər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkindən istifadə edə bilərlər.



