
Bu gün Mahaçqalanın Tarki qəsəbəsində bir qrup yerli sakin arasında silahlı insident baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağıstan DİN məlumat yayıb.
Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis artıq qarşıdurma iştirakçılarından birini həbs edib, onların qohum olduğu bildirilir.
Qeyd edək ki, faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
L.Tağıyeva



