|
|
|
|

Avropanı ağuşuna alan anomal istilər Almaniyadan da yan keçmir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, həftəsonu ölkə ərazisində rekord istilər qeydə alınıb.
Belə ki, cümə günü Saarbryukken-Burbahda termometrin şkalası 41,3 dərəcəni göstərib. Bu, ölkə tarixində rekord göstərici olub. 1 gün sonra rekord yenilənib - 41,5 dərəcə.
Yeri gəlmişkən, Berlində istilərə mübarizəyə polis qüvvələri də cəlb olunub. İstirahət günləri polislər su şırnaqları ilə küçələrdəki sakinləri və turistləri sulayıblar.
L.Tağıyeva



