
“Tehran və Doha Qətərdə saxlanılan 12 milyard dollarlıq İran aktivlərinin 6 milyard dollarının qaytarılması ilə bağlı razılığa gəliblər”.
525.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
"Əldə edilən razılaşmalara əsasən, Qətərdə saxlanılan İranın ümumilikdə 12 milyard dolların 6 milyardı üzərindən blok götürüləcək və vəsait ölkəyə qaytarılacaq. Qalan vəsaitin də geri qaytarılması üçün zəruri işlər davam etdirilir”, - prezident deyib.
Pərvanə Sultanova



