
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda kolbasa məmulatları istehsalı 1467,5 ton və ya 12,2 faiz artaraq 13 min 459,9 ton təşkil edib.
525.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 ton və ya 43,4 faiz azalaraq 26 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə kolbasa məmulatları istehsalı 11 min 992,4 ton, hazır məhsul ehtiyatı isə 45,9 ton təşkil edib.



