https://525.az/img/pics/medium/2026-04/386845_woqib06d3n.jpg Faiq Qismətoğlu yazır...
https://525.az/img/pics/medium/2026-06/395046_anypmrtyc7.jpg Birinci sinfə qəbul olunan şagirdlərin sayında azalma
https://525.az/../img/pics/medium/159490_2p8gsznw1l.jpg Ana kitabımızdakı yeni mənalar haqqında sanballı araşdırma
https://525.az/img/pics/medium/2026-06/395690_1ypkk44300.jpg Əli Kərimlə bağlı doğma xatirələr 
search
29 İyun 2026

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

525.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev FIFA-nın qərarına əsasən Azərbaycana həvalə edilən 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında bu il keçiriləcək ilk Dünya Çempionatı və Festivalı barədə ümumi məlumat verib.

Ardınca ölkə futbolunda 2025/2026-cı illər mövsümünün yekunları müzakirə olunub. İcraiyyə Komitəsinin üzvləri mövsüm ərzində təşkilatçılıq, yarışların keyfiyyəti və ümumi inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

İclas çərçivəsində AFFA-nın yeni Texniki Direktoru Edmond Klaus təqdim olunub. O, gənclərin inkişafı, akademiya quruculuğu və idarəetməsi, təhsil və metodologiya, həmçinin skautinq sahəsində geniş təcrübəyə malikdir. Xüsusilə Niderlandın “Ayaks” akademiyasındakı fəaliyyətinin, həmçinin Niderland və Çində müxtəlif yaş qrupları üzrə milli komandalardakı təcrübəsinin Azərbaycandakı işinə mühüm töhfə verəcəyi vurğulanıb.

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov yeni yaradılmış Futbol İnkişaf Departamentinin fəaliyyəti və 5 ulduz modeli üzrə akademiyaların sertifikatlaşdırma qaydaları ilə bağlı məlumat verib. Növbəti mövsümdən etibarən tətbiq olunacaq qaydalar ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra baş katib Cahangir Fərəcullayev Misli Premyer Liqası klublarına qrant müqaviləsi əsasında uşaq və yeniyetmə futbolunun inkişafı üçün ayrılan maliyyə yardımından istifadə qaydaları və nəzarət mexanizmi barədə yeni yanaşma barədə məlumat verib. Səsverməyə qoyulan məsələ İcraiyyə Komitəsi tərəfindən qəbul edilib.

İclasda həmçinin Elit Məşq layihəsi üçün təklif olunan yeni format müzakirə olunub. İcraiyyə Komitəsinin üzvlərinin qeydləri əsasında, layihənin təkmilləşdirilməsi ilə bağlı tapşırıq verilib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.