|
|
|
|

Novosibirsk vilayətində 4 yük, 1 minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında olub.
"İrtış" avtomagistralının Koçenyovsk rayonu ərazisindən keçən hissəsində yaşanan olayda 3 nəfər həyatını itirib. Onlardan ikisi yük avtomobillərinin sürücüləri, biri isə sərnişin olub.
Qeyd edək ki, qəzaya səbəb qoşqulu "Scania Р340" markalı yük avtomobilinin dönmə əməliyyatını yerinə yetirərkən qarşı yola çıxması olub.
L.Tağıyeva



