|
|
|
|

“Azərbaycanda sosial təminat və pensiya sisteminin təkmilləşdirilməsi, xüsusilə həssas sosial qrupların rifahının yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər vaxtaşırı ictimai müzakirəyə çıxarılır. Bu təkliflərdən biri də tənha qadınların pensiya yaşına daha tez çatmasının təmin edilməsidir. Belə bir yanaşmanın məqsədi sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə əlavə dəstək göstərməkdir”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. İqtisadçı hesab edir ki, bu məsələyə yalnız sosial baxımdan deyil, iqtisadi aspektdən də yanaşmaq vacibdir. Pensiya sisteminin maliyyə dayanıqlılığı işləyən əhalinin ödədiyi sosial sığorta haqları ilə pensiya alanların sayı arasındakı tarazlıqdan asılıdır:
“Pensiya yaşının müəyyən bir qrup üçün azaldılması pensiya ödənişlərinin müddətini uzada və dövlət büdcəsi ilə sosial sığorta fonduna əlavə maliyyə yükü yarada bilər”.
Sevinc Qarayeva



