
"IV-VI siniflərin monitorinq nəticələrinə görə, bəzi siniflərdə 50-70 % şagird minimal standarlara cavab vermir".
525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, belə siniflərin sayı 100-dən az deyil:
"Problem ayrı-ayrı hallardan deyil, sistemli vəziyyətdən qaynaqlanır. Əgər yüzlərlə sinifdə eyni vəziyyət müşahidə olunursa və minlərlə şagird gözlənilən bilik və bacarıqlara yiyələnə bilmirsə, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Bu, təkcə müəllim yox, bütövlükdə məktəbin və təhsil sisteminin üzərində düşünməli olduğu bir məsələdir. Məqsəd heç kimi fərqləndirmək və ya günahlandırmaq deyil. Məqsəd odur ki, hər bir şagird keyfiyyətli təhsil almaq imkanına malik olsun".



