
"Regionlarda yetişdirilən məhsulların Bakıda qat-qat baha satılması ilk baxışda sadə iqtisadi məsələ təsiri bağışlasa da, əslində bu, sistem səviyyəsində formalaşmış problemlərin nəticəsidir. Əsas səbəblərdən biri vasitəçilik zəncirinin həddindən artıq uzun olmasıdır".
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert vurğulayıb ki, fermer məhsulunu tarlada ucuz qiymətə satmağa məcbur qalır. Çünki onun soyuducu anbarlara, nəqliyyat imkanlarına və birbaşa satış kanallarına çıxışı məhduddur. Məhsul isə sonradan bir neçə vasitəçinin əlindən keçərək hər mərhələdə əlavə mənfəət marjası ilə bahalaşır. Nəticədə tarlada aşağı qiymətə satılan məhsul paytaxtda bir neçə dəfə yüksək qiymətə təklif olunur:
"Fermerlər əksər hallarda Bakı bazarlarında formalaşan real qiymətlər barədə dolğun məlumata malik olmurlar. Bu məlumat fərqindən istifadə edən vasitəçilər isə daha çox qazanc əldə edirlər".
Sevinc Qarayeva



