
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın Ali Lideri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə İran parlamentinin erməni üzvü Ara Şahverdyan bildirib.
Onun sözlərinə görə, həmkarı ilə birlikdə Ermənistana səfəri zamanı Paşinyanla görüşüb. Görüş zamanı Ermənistanın Baş naziri dəfn mərasimində şəxsən iştirak etməyə hazır olduğunu bildirib.
Əli Xameneinin dəfn mərasimi iyulun 4-dən 9-dək keçiriləcək.
Xamenei ABŞ və İsrailin Tehrana hava hücumlarının ilk günündə, fevralın 28-də öldürülüb. Rəsmi təsdiq martın 1-də açıqlanıb.
Onun ölümündən sonra oğlu Mücatəba İranın yeni Ali Lideri olub.
Pərvanə Sultanova



