|
|
|
|

İranın Kermanşah əyalətinin Pave şəhərində yerli İnqilab Keşikçilərinin evlərinə silahlı hücum olub.
525.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Hücumun günahkarlarının müəyyən edilməsi üçün genişmiqyaslı araşdırma başlayıb.
İbrahim Cəfərov



