|
|
|
|

Monakoda yerli vaxtla saat 20:58-də partlayış baş verib.
525.az xəbər verir ki, bu barədə knyazlığın Baş naziri Kristof Mirmand bildirib.
Fransanın BFMTV kanalına verdiyi açıqlamada o, Monakoda yerli vaxtla saat 20:58-də partlayış baş verdiyini qeyd edib.
Mirmand partlayış nəticəsində üç nəfərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu vurğulayıb və yaralıların milliyyəti və şəxsiyyəti barədə hələlik məlumat verə bilməyəcəyini bildirib.
Hazırda hadisənin terror aktı olub-olmadığını müəyyən etməyin çətin olduğunu bildirən Mirmand hadisə ilə bağlı istintaqın davam etdiyini söyləyib.
Mirmand Monakoda təhlükəsizlik səviyyəsinin artırılması üçün lazımi addımların atıldığını və partlayışa hansı cihazın səbəb olduğu barədə dəqiq məlumata malik olmadığını qeyd edib.
Fransa mətbuatında yer alan xəbərlərə görə, binada baş verən partlayış nəticəsində ukraynalı ailənin üzvləri xəsarət alıb.
İbrahim Cəfərov



