|
|
|
|

İtaliyada 10 gündür davam edən isti hava dalğası səbəbindən ölənlərin sayı artır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Genuyada 86 və 74 yaşlı iki qadın isti hava nəticəsində ölüb. Daha iki nəfər isə Padua və Mantuada həyatını itirib.
Bununla da, yüksək temperatur səbəbindən ölənlərin sayı 10-a çatıb.
Səhiyyə Nazirliyi bu gün və sabah həddindən artıq istilər səbəbindən 25 şəhər üçün "qırmızı" həyəcan siqnalı verib. Bu siyahıya Roma, Ankona, Bari, Bolonya, Bolzano, Breşiya, Florensiya, Frozinone, Genuya, Latina, Milan, Peruca, Peskara, Rieti, Turin, Venesiya, Verona, Viterbo, Kampobasso, Çivitavekkiya, Neapol, Palermo, Kalyari, Kataniya və Triest daxildir.
Hakimiyyət orqanları vətəndaşları mütləq zərurət olmadığı təqdirdə evdən çıxmamağa çağırıb.
İbrahim Cəfərov



