|
|
|
|

İngiltərə yığmasının hücumçusu Harri Keyn dünən Konqo Demokratik Respublikasının milli komandası ilə 1/16 final mərhələsinin oyununda 2 qol vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da o, mundiallarda vurduğu qol sayına görə əfsanəvi Peleni geridə qoyub.
Bu oyuna kimi Keynin aktivində 11 qol var idi. Pelenin göstəricisi isə 12 idi. Komandasının hesabda geri olmasına baxmayaraq, məhz Keynin dublu sayəsində həm İngiltərə millisi 2:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksəldi, həm də hücumçu Peleni keçmiş oldu.
Qeyd edək ki, 1/8 finalda İngiltərənin rəqibi Meksika olacaq.
L.Tağıyeva



