
"Bəzən gənclər bitirdikləri ixtisasa uyğun iş tapa bilmirlər. Bu vəziyyət, bir tərəfdən əmək bazarının tələbləri ilə təhsil sisteminin hazırladığı kadrlar arasında olan uyğunsuzluqdan, digər tərəfdən isə gənclərin universitet illərində praktik bacarıqlara kifayət qədər yiyələnməməsindən qaynaqlanır".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova 525.az-a deyib. Ekspert bildirib ki, ən çox çətinlik çəkənlər, adətən, humanitar və nəzəri istiqamətli ixtisaslarda təhsil alan gənclərdir:
"Tarix, fəlsəfə, filologiya kimi sahələr, şübhəsiz ki, intellektual dəyəri yüksək istiqamətlərdir, amma bu biliklər praktik bacarıqlara çevrilmədikdə əmək bazarında yer tapmaq çətinləşir. Əksinə, texnologiya, mühəndislik, maliyyə, IT və rəqəmsal marketinq kimi sahələrdə iş tapmaq daha asandır, çünki bu ixtisaslar birbaşa bazarın real ehtiyaclarına cavab verir".
Sevinc Qarayeva



