
“Bəzən elə our ki, müəyyən ixtisas üzrə təhsil almış şəxs illər sonra tamam başqa sahədə özünü inkişaf etdirmək və ya yeni peşəyə yiyələnmək imkanı qazanır. Son illərdə ali təhsildə də bu istiqamətə maraq əhəmiyyətli dərəcədə artıb. Vaxtilə müxtəlif səbəblərdən istədiyi ixtisası seçə bilməyən insanlar sonradan əlavə təhsil vasitəsilə həmin sahədə oxumaq şansı əldə edirlər”.
Bu fikri təhsil eksperti Elmin Nuri 525.az-a deyib. Ekspert Bildirib ki, ali təhsildə əlavə təhsilin müxtəlif formaları mövcuddur:
“Bəzi proqramlar yalnız ixtisasartırma və peşəkar inkişaf məqsədi daşıyır. Digər proqramlar isə şəxsin tamamilə yeni sahəyə keçid etməsinə imkan yaradır. Məsələn, jurnalistika üzrə təhsil alan biri sonradan maliyyə ixtisası üzrə də təhsil ala bilər. Bu, insanların əmək bazarının tələblərinə uyğunlaşması baxımından mühüm üstünlükdür”.
Sevinc Qarayeva



