|
|
|
|

Xalq artisti, görkəmli kinorejissor Vaqif Mustafayevin ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Molla Nəsrəddin: Çətin günlərimin dostu” tammetrajlı bədii filminin çəkilişinin Özbəkistan mərhələsi başlayıb.
525.az-a bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin dəstəyi ilə istehsal olunan filmin çəkilişlərinin ümumilikdə 6 türk dövlətində aparılması planlaşdırılıb.
Özbəkistan bu genişmiqyaslı ekran əsərinin çəkilişlərinin həyata keçirildiyi 5-ci ölkədir. Layihənin bundan əvvəlki çəkiliş mərhələləri Azərbaycan, Türkiyə, Türkmənistan və Qırğızıstanda uğurla başa çatıb. Özbəkistandakı çəkilişlər yekunlaşdıqdan sonra yaradıcı heyət prosesi Qazaxıstanda davam etdirəcək.
Prodüseri Zaur Darabzadə, quruluşçu operatoru Valdemar Şmidt, bəstəkarı Polad Bülbüloğlu olan filmin Özbəkistandakı ilk çəkiliş günü reallaşıb.



