|
|
|
|

Bakı şəhər kommunal xidmətləri tərəfindən iyulun 11-də paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Bu barədə 525.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Qeyd olunub ki, kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.



