Ukrayna Azərbaycanlı Gənclər Birliynin (UAGB), Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Ümumukrayna Gənclər Assambleyasının və ASAİF təşkilatının birgə təşəbbüsü ilə Ukraynada fevral ayı Xocalı ayı elan olunub Ukrayna Azərbaycanlı Gənclər Birliyinin bununla bağlı keçirtdiyi toplantıda Ukraynanın bir sıra yerlı gənclər təşkilatlarıda Xocalıya Ədalət kompaniyasına qatıldıqlarını elan ediblər.
UAGB- nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kompaniyası çərçivəsində həyta keçirilən tədbirlərin 22 il bundan öncə ermənilərin xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxlq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynadığını bildirib. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi ukraynada yaşayan azərbaycanlı gənclərində üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırıb. Ötən 3 il İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının Xocalı ayı elan olunmasının əhəmiyyətindən danışan birliyin həmtəsisçiləri Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva və UAGB –nin fəalları Oksana Əliyeva, Elməddin Zərbəlizadə kiyev şəhərində fəaliyyət göstərən azərbayacan mədəniyyət mərkəzinin rəhbəri Rafiq Novruzov ənənəyə uyğun olaraq bu ildə Xocalı ayı çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulayıblar.
Xocalı adi bir faciə deyil Bu insanlığa qarşı törədilmiş bəşəri cinayət və əsl soyqrım siyasətidir Toplatıda çıxışlarını bu notlar üzərində quran Ukrayna Gənclər assambleyasının sədr müavini Andrey Şelepniçkiy Xocalı soyqrımının ukrayna ictimaiyyətinə çatdırılması üçün təmsil etdiyi təşkilatın Xocalıya ədalət kompaniyasına qoşulduğunu elan edib .
Toplantıda tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında xocalıya ədalət yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletləri paylanması, adı çəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması və Xocalı faciəsi haqqında elmi praktiki seminarların keçirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi və adı çəkilən beynəlxalq qurumlara hazırlanmış qətnamələrin təqdim olunması məsələləri geniş müzakirə edilərək yekdilliklə təsdiq olunub.