Bu gün Heydər Əliyev Sarayında III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müsabiqə GİN-in, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən reallaşdırılır.
Əməkdar artisti Tünzalə Ağayeva və ATGTİ sədri Şahin İsmayilov aprelin 21-də keçirilək III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin finalında birincilik uğrunda mübarizə aparacaq finalçıları elan edib.
Qeyd edək ki, qalib mayda Bakıda keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.