Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Xocavənd rayonunun Kuropatkino və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.