Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 14 – 16 may 2014 - cü il tarixlərində 45 saylı məktəbdə şəhadətnamə və attestat almaq istəyənlər üçün ekstern aralıq imtahanı keçirilib.
Bu barədə Lent.az-a İdarədən məlumat verilib. 3 gün davam edən imtahanda ümumilikdə 179 nəfər iştirak edib. 111 nəfər müsbət nəticə göstərib.
Qeyd edək ki, mayın 29-dək BŞTİ–də ekstern aralıq imtahanı ilə bağlı apellyasiya komissiyası fəaliyyət göstərəcək. Nəticəsindən narazı qalanlar apellyasiya komissiyasına müraciət edə bilərlər.
Ekstern imtahanı üzrə müsbət nəticə göstərən namizədlərin siyahısı BŞTİ-nin rəsmi saytında yerləşdirilib.