Bu gün Nəqliyyat Nazirliyində İsveçrənin "Stadler Rail Group" şirkəti ilə vaqonların alınmasına dair müqavilə imzalanması nəzərdə tutulub.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
O, deyib ki, müqavilə çərçivəsində əsasən Bakı-Tiflis-Qars dəmir yolu üçün 30 vaqonunun alınması planlaşdırılır.
N. Həsənov əlavə edib ki, gələn ilin əvvəlində isə ilk sərnişindaşıma qatarlarının yol düşməsi gözlənilir.